Qırğızıstanın sabiq təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova saxlanılıb.

“Unikal” Qırğızıstan mediasına istinadən xəbər verir ki, keçmiş nazir istintaq təcridxanasına yerləşdirilib. Kutmanova korrupsiyada ittiham olunur. 

“Dinarə Kutmanova nazir vəzifəsi çərçivəsində ona verilmiş bütün səlahiyyətlərə malik olmaqla, ali orqanlar tərəfindən ona göstərilən etimada baxmayaraq, şəxsi ambisiyaları və şəxsi maraqları naminə dövlət büdcəsindən ayrılan pulların qanunsuz çıxarılması üçün geniş korrupsiya şəbəkəsi təşkil edib”, - Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir. 

Nuranə Abbasova