Bakıda kafedən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 10-na keçən gecə rayon ərazisindəki kafelərdən birinin həyətindən 2 ədəd soyuducu, qaz sobası və yuyucu aparat oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini İsmayıl Qitinmaqamedov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.