“NATO ölkələri Rusiya qüvvələrinə qarşı Ukrayna münaqişəsində birbaşa iştirak edir”.
“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
İyulun 26-da Ukrayna-NATO Şurasının toplanması gözlənilir. Diplomat vurğulayıb ki, Moskva bu hadisə ilə bağlı hadisələrin inkişafını diqqətlə izləyir.
“Söhbət NATO hərbi blokunun regional gərginliyi xeyli artıran hərəkətlərə cəlb olunmasının təhlükəsindən gedir. Biz belə şeyləri yolverilməz hesab edirik”, - Verşinin bildirib.
Nuranə Abbasova