Rusiyanın ən böyük banklarının əksəriyyətinin bankomatları dollar və avro qəbulunu dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı “İzvestiya” nəşri məlumat yayıb.
“Rusiyanın 13 sistem əhəmiyyətli kredit təşkilatından 11-nin bankomatlarına xarici valyutanın yerləşdirilməsi variantı yoxdur”, - nəşr yazır.
Xüsusilə, Sberbank, VTB, Otkriti Bank, Raiffeisenbank, Unicreditbank, Gazprombank, Sovkombank, MKB, RSKHB, PSB və Rosbank dollar və avro qəbulundan imtinanı təsdiqləyib.
Gülayə Mecid