Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti 25-27 iyul tarixlərində Şimali Koreyada səfərdə olacaq.
“Unikal” TASS-a istinadən xəbər verir ki, onlar Koreya xalqının 1950-1953-cü illər müharibəsində qələbəsinin 70-ci ildönümünün qeyd edilməsində iştirak edəcəklər.
“25-27 iyul tarixlərində, KXDR-in Müdafiə Nazirliyinin dəvəti ilə, Rusiya müdafiə naziri Sergey Şoyqu Koreya xalqının qələbəsinin 70 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək”, - Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirlikdən bildirilib ki, səfər hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olacaq.
Nuranə Abbasova