İranda Zahidan şəhərində “Kalaşnikov” avtomatı ilə silahlanan 3 nəfər telefon mağazasına daxil olub.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, silahlı şəxslər mağazadakı şəxslərə atəş açıblar.
Hadisə mağazanın müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Naməlum şəxslər mağazanı qarət etdikdən sonra ərazidən uzaqlaşıblar. Polis axtarış-əməliyyat təbdirləri həyata keçirir.