Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə olunub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 88 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 0,5 p.m və 1 ədəd paltaryuyan maşın yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.