Göygöldə avtomobil yolunda sel sularının yaratdığı fəsadlar səbəbindən yaranmış problem həll olunub, nəqliyyatın hərəkəti bərpa edilib.

"Unikal" xəbər verir ki, axşam saatlarında yağan leysan nəticəsində Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qismən çətinliklər yaranıb.

Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb və nəqliyyatın hərəkəti tam bərpa olunub.

Qeyd edək ki, sel sularının avtomobil yolunda yaratdığı fəsadlar nəticəsində nəqliyyatın hərəkətində bir müddət çətinliklər yaranmışdı.

xxx

22:59

Güclü yağış Göygöl rayonunda ciddi fəsadlar törədib.

"Unikal"ın məlumatına görə, axşam saatlarında leysan yağışdan sonra rayon ərazisinə sel gəlib. Nəticədə Gəncə-Göygöl-Toğanalı-Kəlbəcər avtomobil  yolunda hərəkət dayanıb. Sel suları yolun hərəkət hissəsinə daş parçaları və ağac qırığları gətirib. Hazırda əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlər gedir.

Tural Əhmədov