Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri və Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri yaxın vaxtlarda Sakit Okeanın qərb və şimal hissələrində birgə patrul xidməti həyata keçirəcək. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu patrullar üçüncü tərəflərə qarşı yönəlməyib və mövcud beynəlxalq və regional vəziyyətlə heç bir əlaqəsi yoxdur. 

Nuranə Abbasova