"Kamal Kılıçdaroğluna haqqımı halal etmirəm". 

"Unikal" xəbər verir ki, bunu eks CHP sədr müavini Kamal Anadol deyib. 

Tanınmış müxalif siyasətçi həmçinin Kılıçdaroğlunu vəzifəsindən istefa verməyə çağırıb: "Minlərlə təmiz keçmişi olan, CHP prinsiplərinə sadiq insanlar Atatürkün kreslosunu bir an əvvəl tərk etməyinizi istəyir".

Qeyd edək ki, Kılıçdaroğlu bələdiyyə sədrləri toplantısında ondan istefa verməsini istəyənlərə "Partiya prinsiplərinə bağlı təmiz adam olsaydı, bu gün prezidentlikdən gedərdim" demişdi.

Ağarza Elçinoğlu