Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin  kəsilmiş -deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Ariz Əhmədov bəydir. 

***

11:01

Qaxda toyda bıçaqlanma olub.

"Unikal"ın məlumatına görə, rayonun Ləkit kənd sakini 1998-ci il təvəllüdlü Şıxəmirli Yamən Laçın oğlu bıçaq xəsarəti ilə Qax rayon Mərkəzi xəstəxanasına daxil olub.

Hadisənin toy mərasimində baş verdiyi bildirilir.

Seymur Əli