Bakıda oğurluq etdiyinə görə axtarışda olan şəxs saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən mlumat verilib.

Belə ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də Kürdəxanı qəsəbəsindəki evlərin birindən 1100 manat pul, 3000 manat dəyərində mobil telefon, noutbuk, qızıl üzük və qol saatı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rüstəm Əzizov saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci və 326-cı maddələri ilə axtarışda olması müəyyən olunub.