Naxçıvanda yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilərək yandırılıb.
"Unikal" xəbər verir ki, Şərur, Ordubad Rayon Polis Şöbəsinin və Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər.
Keçirilən tədbir nəticəsində yabanı halda bitmiş 9112 ədəd çətənə bitkisi kolu kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Faktla bağlı İstintaq və Təhqiqat qrupunda araşdırma aparılır.