Çexiya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı iddia qaldıraraq, artıq ayrılmış diplomatik xidmətlər altında olan torpaqlardan pulsuz istifadə haqqının ödənilməsini tələb edib.

"Unikal" xəbər verir ki,  bu barədə Çexiyanın ChTK agentliyi məlumat yayıb. 

Çexiya hakimiyyəti Rusiya səfirliyinin Praqadakı yaşayış binasının yerləşdiyi torpaq sahəsinə görə 53 milyon kron (2,4 milyon dollar) icarə haqqı tələb edir.  Torpaqların ümumi sahəsi 49,2 min kvadratmetrdir.

Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavski deyib ki, o, Moskvadan məhkəməyə qədərki müraciətlərə cavab almayıb. Onun sözlərinə görə, Rusiya üç il ərzində “əsassız varlanma” alıb.