Almaniyanın keçmiş kansleri Angela Merkel məşhur alman bəstəkarı Rixard Vaqnerin Bayrotda keçirilən illik musiqi festivalı zamanı yağışda islanmalı olub.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Bild"  nəşri məlumat yayıb.

Bildirilir ki, siyasətçinin əri Yoahim Zauer güclü yağış yağmasına baxmayaraq, çətirini onunla bölüşməyib.

"İstər [Bavariyanın baş naziri] Markus Söder, istərsə də Merkelin əri Yoahim Zauer olsun, əllərində çətirlər var idi, ancaq onları öz üzərlərində tuturdular”, - KİV-də  qeyd olunub.