Daxili İşlər Nazirliyi Bakıdakı yol-nəqliyyat hadisəsi ilə bağlı görüntülər yayıb.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, işıqforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobilinin sürücüsü qəza törədib. Yol-nəqliyyat hadisəsi bu gün Səməd Vurğun və Hənifə Ələsgərov küçələrinin kəsişməsində baş verib. Bu video görüntü bir daha göstərir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sürücülər “ heç nə olmaz, çatdıraram” prinsipini əsas götürüb, işıqforun qırmızı işığında keçirlər və nəticədə qəzalar qaçılmaz olur.

17:44

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Səməd Vurğun və Hənifə Ələsgərova küçələrinin kəsişməsində baş verib. Belə ki, 77-BC-624 dövlət qeydiyyat nişanlı "Kia Sorento" markalı avtomobillə 77-EY-263 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı maşın toqquşub. Nəticədə "Kia Sorento" markalı avtomobil aşıb.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunur.

Murad İbrahimli