Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı özünü güllələyib.

"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, icra başçısının qardaşı Azər Qaraşov bu gün yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində özünü güllələyib. O, hadisə yerində vəfat edib.

***

Lənkəran Şəhər İcra Hakimiyyətindən “Unikal"a bildirilib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.