Gəncədə 29 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, 1993-cü il təvəllüdlü İzzət Həsənov idarə etdiyi "Naz Lifan 320" markalı avtomobillə Atabəylər küçəsində hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Rəşad Namazovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov