İyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.
Bu barədə "Unikal"a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.