Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub.
"Unikal" xəbır verir ki, hadisə Zaqatala şəhəri ərazisindəki maşın yuma sexlərindən birinin qarşısında baş verib. Maşın sexdə yuyulub qurtardıqdan sonra arxaya hərəkət edərkən bu zaman ərazidə volosiped idarə edən 2018-ci il təvəllüdlü, Sərxan Ləmyaz oğlu Bayramovu vurub.
Qəzadan sonra müxtəlif dərəcəli xəsarət alan 5 yaşlı S.Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. S.Bayramova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. Onun hərbçi övladı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli