Qazax rayonunda 8 tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətnin əməkdaşlarının birgə keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fərəhli, Abbasbəyli, Yuxarı Salahlı və Birinci Şıxlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 7 ton 780 kiloqram olan, çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.