Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində cərəyan vurması nəticəsində ölən 1 nəfərin meyitinin ağacdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit ağacdan düşürülərək aidiyyəti üzrə təhvil verilib.

***09:46

Şəkidə ağacdan əncir yığan qadını elektrik cəryanı vurub. 

"Unikal" xəbır verir ki, hadisə səhər saatlarında Şəki şəhəri, avtovağzal ərazisində Mahmudəliyev küçəsində baş verib. Həmin küçədəki fərdi evlərin birinində yaşayan 1964-cü il təvəllüdlü Gülbənd Güləndam qızı Nəbiyeva həyətdəki ağacdan əncir yığan zaman onu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik cəryanı vurub, qadın ağacda ölüb.

Meyiti ağacdan düşürmək üçün əraziyə müvafiq qurumların nümayəndələri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli