Bakıda avtomobildən 3500 manat oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “BMW “markalı bir avtomobildən 3500 manat pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.