Avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və əllərini sükandan buraxaraq idarə edən sürücü saxlanılıb.
“Unikal” xəbər verir ki, bu barədə BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.
“Yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradan "Porsche" markalı 50-EM-010 nömrə nişanlı avtomobilin sürücüsü A.Zeyniyev DYP əməkdaşları tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilmişdir”, - o bildirib.