Ukrayna prezidenti Volodimir Zelenskinin mənzili Krımın mülkiyyətinə keçib. 

"Unikal" xəbər verir ki, bu barədə qondarma respublika hökumətinin saytındakı sənəddə qeyd olunub.

Məlumata görə, Ukrayna liderinin Yaltadakı vilassı 3 mərtəbəlidir. O, yarımadanın cənub sahilindəki "İmperator" elit yaşayış kompleksində yerləşir. Sənədə əsasən, 2023-cü il iyulun 27-dən obyektin sahibi "Krım Respublikasının Mülkiyyətinin İnzibati İdarəsi" Dövlət Muxtar Müəssisəsidir.

Qeyd edək ki, Krımın Dövlət Şurası mayın 24-də Zelenskinin əmlakının milliləşdirilməsi barədə qərar qəbul etmişdi. 

Ağarza Elçinoğlu