Daşkəsəndə ata və qızını bıçaqlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri 1965-ci il təvəllüdlü İ. Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A. Quliyevanın bədənin kəsilmiş deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir
*** 20:28
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı 1997-ci il təvəllüdlü Aytən Quliyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisəni ailənin kürəkəni törədib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.














.jpg)










































