Türkiyənin Qars bölgəsində 50 metr hündürlükdən aşan sərnişin avtobus ölənlərin sayı açıqlanıb.

"Unikal" TRT Haberə-ə istinadən xəbər verir ki, ilkin məlumata görə 7 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.

Vəziyyəti ağır olan yaralı magistral yola enən təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.

xxx

10:31

Türkiyənin Qars bölgəsində Sarıqamış rayonunda sərnişin avtobusu yoldan aşıb.

"Unikal" xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Çoxlu sayda ölən və yaralananın olduğu bildirilir.