2022-ci ilin əvvəlindən Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazisinə 55-60 min nəfəri zorla səfərbər edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Andrey Çernyak məlumat yayıb.
“Bu, zorakı səfərbərlikdir: işğalçılar insanları küçədə tuturlar, paltarlarını dəyişib cəbhəyə göndərirlər. Bildirirlər ki, ikinci, üçüncü sırada olacaqlar, amma əslində insanlar cəbhə xəttinə salırlar”, - Çernyak bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası işğal olunmuş ərazilərdən tələbələri də müharibəyə aparır.