Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ərazisinə yeni zərbələr endirdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, oxalqa müraciətində belə bəyanatlar verib.

“Bu gün dövlətimizin müdafiə və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin çox məlumatlı hesabatları ilə başladı. GUR-un rəhbəri Kirill Budanovun ayrıca ətraflı məruzəsi də var idi. Bizim işimizin nəticəsini ruslar mütləq hiss edəcəklər. Onlar bunu ciddi şəkildə hiss edəcəklər”, - Zelenski bildirib.

Daha əvvəl Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Moskvaya yeni dron hücumundan sonra daha çox “naməlum qurğuların” olacağı ilə hədələmişdi.