İyulun 23-də itkin düşmüş Qax rayonunun İlisu kənd sakini 1992-ci il təvəllüdlü Rəhman Kamallının avqustun 2-də meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.