Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

DİN-in mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib. 

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. 

Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

***

09:42

Bakıda azyaşlının döyülməsi faktı qeydə alınıb.

“Unikal” xəbər verir ki, hadisə avqustun 2-də baş verib.

Yayılan görüntülərdə bir neçə uşaq öz həmyaşıdını vuraraq onu telefona çəkir və yerdə sürükləyir.

Ətrafdakıların müdaxiləsindən sonra azyaşlını döyənlər ərazidən uzaqlaşıb.