Avqustun 2-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin paytaxt sakini Niyazi Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində “Kia” markalı avtomobillə toqquşması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Çatdayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.