Avqustun 4-də saat 15 radələrində Balakən rayonunun Xalatala kənd sakini, 1976-cı il təvəllüdlü Zalxayev Şahin Əhməd oğlunun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ş. Zalxayevin qardaşı oğlu, 2006-cı il təvəllüdlü Zalxayev Əhməd Məhəmməd oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
xxx
17:59
Avqustun 4-də saat 17 radələrində Balakən rayonunun Xalatala kənd sakini 1976-cı il təvəllüdlü Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
"Unikal" xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.