Avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, onun Göyçay rayon sakini 23 yaşlı Heydər Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.
Polis Bölməsində aparılan araşdırmalarla H.Nağıyevin həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.