Bakıda lotereya oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 25-də Bakı şəhər sakini A.Şahmurovun 560 manat dəyərində lotereyasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüsal Abbasov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.