Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə axtarışda olan 40 yaşlı Rüstəm Əzizov saxlanılıb.
Bu barədə "Unikal"a DİN-dən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalarla onun rayonun Qobu, Atyalı və Aşağı Güzdək qəsəbələrində müxtəlif vaxtlarda 3 evdən pul və ümumlikdə dəyəri 10.000 manatdan çox olan qızıl-zinət əşyaları oğurlaması müəyyən olunub.