Müxtəlif vaxtlarda oğurluq edən və maşın qaçıran Bakı sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Xırdalan şəhəri ərazisində bir evdən 2500 manat dəyərində 2 ədəd televizor, bir köşkdən 800 manat pul, bir evin zirzəmisindən isə velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bilal Əsədov saxlanılıb.

Araşdırmalarla onun daha bir evdən 4750 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması, həmçinin iyulun 31-də Xırdalan şəhəri ərazisindən “Toyota” markalı bir avtomobili qaçırması da müəyyən olunub.