Sumqayıtda axtarışda olan şəxs oğurluğa görə saxlanılıb.

Daxili İşlər Nazirliyinn Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən bazarda bir anbardan 7 ədəd elektrik mühərriki, kompressor, qaz balonu, mühərrik qaldıran açar dəsti və 4 ədəd balans mühərriki, bir avtomobil təmiri sexinin həyətindən isə avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri Elvin Allahverdiyev və əvvəllər məhkum olunmuş Xəqani Əhmədov saxlanılıblar.

Araşdırmalarla E.Allahverdiyevin borclu qismində axtarışda olması da müəyyən olunub.