Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, nəticədə Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə məhkum olunmuş 1981-ci il təvəllüdlü Balakişiyev Adil Əşrəf oğlundan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb. A.Balakişiyev silah-sursatı bir müddət əvvəl əldə etdiyini və 3000 manata satmaq istədiyini bildirib.

Saxlanılan şəxslər barəsində 13-cu Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.