Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.
"Unikal" xəbər verir ki, məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.
Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.