Bir neçə aydır ki, Amerika hakimiyyəti Misirdən Ukraynaya silah tədarük etməyə başlamağa çalışır, lakin Qahirə təzyiqlərə boyun əymir.

"Unikal" xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Nəşrin yazdığına görə, əvvəlcə ABŞ-ın müdafiə naziri Lloyd Ostin mart ayında Ukraynaya artilleriya mərmiləri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahların təhvil verilməsi xahişi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət edib . Daha sonra şəxsi söhbətlərdə Misir hökuməti Ukrayna Silahlı Qüvvələrinə silah tədarük etməyi planlaşdırmadıqlarına aydınlıq gətirib.

İki ölkənin nümayəndələri bununla bağlı danışıqların aparılması məlumatını təsdiqləməyiblər.

İyulun sonunda Rusiya prezidenti Vladimir Putin Rusiya -Afrika sammitinin plenar iclasında Rusiya ilə Misir arasında münasibətlərin strateji xarakter daşıdığını bildirib . O, siyasətdə və iqtisadiyyatda böyük ortaq layihələri xatırladıb.