İspaniyanın "Real Madrid" klubu "Çelsi"nin qapıçısı Kepa Arizabalaqanı bir mövsümlük heyətinə qatıb.

"Unikal" xəbər verir ki,  Kepa artıq "Çelsi"dəki tərəfdaşları ilə vidalaşıb.

O, 2018-ci ildən "Çelsi"nin oyunçusudur. Ötən mövsüm qapıçı 39 oyunda iştirak edib. Kepanın transferi 18 milyon avro qiymətləndirilir. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, "Real Madrid" zədələnən və mövsüm bitməmiş komandadan ayrılan əsas qapıçısı Tibo Kurtuanı itirib. "Real Madrid" təcili olaraq belçikalı qapıçıya əvəzləyici axtarmağa başlayıb. Kral klubunun əsas qapıçısı isə ukraynalı Andrey Lunindir.