Polşa respublikası  Belarusla həmsərhəd ərazini  Amerika helikopterləri ilə əhatə etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak bildirib.

Onun sözlərinə görə, gələn həftə Varşava ABŞ Konqresinin qərarını gözləyir , hansı ki, Polşanın Apaçi helikopterləri ilə bağlı sorğusunu təsdiq etməlidir. Onlar Abrams tankları ilə birlikdə maneə yaradacaqlar. Brest qapılarını bağlayacaq. Blaşçak iddia edir ki, tanklar və vertolyotlar keçilməz sədd təşkil edəcək.

O, həmçinin əlavə edib ki, Cənubi Koreyanın K2 Qara Panter tankları, FA-50 döyüş təyyarələri və HIMARS artilleriya sistemləri artıq sərhədin bu hissəsində yerləşdirilib.

Bundan əvvəl Blaşçak  Suvalki dəhlizində və Belarusla sərhəddə hərbi mövcudluğun artdığını bəyan edib .

Həmin ərəfədə Polşanın Belarusla sərhəddəki hərbi qrupların sayını 10 min nəfərə çatdıracağı bildirilirdi.

Blaşçak bildirib ki, bu gün Polşa ordusu fəal şəkildə müasir texnika ilə silahlanıb və inkişaf edir və iki ildən sonra Polşa Avropanın ən güclü ordusuna sahib olacaq. Polşa silahlı qüvvələrinin sayı bu gün 170 min nəfərdir.