Qaxa istirahətə gedən 31 yaşlı kişi  intihar edib. 

"Unikal" xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun İlisu kəndində çay kənarında baş verib. 1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Rövşən oğlu Mürsəlovun meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı T. Mürsəlovun intihar etdiyi məlum olub. 

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Seymur Əli