“Çelsi” Ekvador yığmasının yarımmüdafiəçisi Moises Kaysedo ilə müqavilə imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə İngiltərə futbol klubunun saytı məlumat yayıb.
"Çelsi"nin futbolçunu "Brayton"dan 133 milyon avroya aldığı bildirilir. Bu da İngiltərə Premyer Liqası tarixində rekord göstəricidir. Bundan əvvəl ən bahalı sövdələşmə portuqaliyalı yarımmüdafiəçi Benfika Enso Fernandezin 121 milyon avroya "Çelsi"yə transferi olub.