Braziliyalı hücumçu Neymar Paris Saint-Germain-dən "Əl-Hilal"a keçib.
"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
Mətbuatda 31 yaşlı hücumçunun müqavilənin iki illik maaşının 300-400 milyon avro olacağı bildirilir. Neymar Əl-Hilalın hər qələbəsinə görə 80 min avro alacaq və Səudiyyə Ərəbistanını təbliğ etdiyi hər sosial media paylaşımına görə oyunçuya 500 min avro ödəniləcək .
Neymar ötən mövsüm liqada 20 oyun keçirib , 13 qol vurub, 11 məhsuldar ötürmə edib. PSJ Fransa çempionu olub. 2022/23 mövsümündə klub Çempionlar Liqasının 1/8 finalına yüksəlib və burada "Bavariya"ya uduzub. Parislilərin bu turnirdəki ən yaxşı nəticəsi 2019/20 mövsümünün finalına vəsiqədir. Neymar altı matçda (2+2) iştirak edib.
Daha əvvəl Neymara “Əl-Hilal”a keçmək üçün Səudiyyə Ərəbistanı qanunlarını pozmağa icazə veriləcəyi bildirilirdi .