“Qaziantep” klubunun tanınmış məşqçisi Sakıp Özberk dənizdə boğularaq ölüb.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, baş məşqçi İskenderun Arsuzdakı bağ evində dincələrkən hadisə baş verib.
Qeyd edək ki, 1945-ci il təvəllüdlü Özberk futbol karyerasında “Reyhanlıspor”, “Ankaragücü”, “Adana Dəmirspor” və “Qaziantepspor” kimi komandalarda çıxış edib.
Nuranə Abbasova