Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

"Unikal" xəbər verir ki, matç “Mançester Siti” və “Sevilya” komandaları arasında Yunanıstanın paytaxtı Afina şəhərində “Georgios Karaiskakis” stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

Qeyd edək ki, “Mançester Siti”dən tarixində ilk dəfə UEFA Superkubokunda mübarizə aparacaqsa, İspaniya təmsilçisi 6-cı dəfə bu titulu əldə etməyə çalışacaq. “Sevilya” indiyədək bir dəfə, 2006-cı ildə “Barselona”nı 3:0 hesabı ilə məğlub edərək Superkuboku qazanıb.