"Barselona"nın və Paris Sen-Jermenin (PSJ) keçmiş futbolçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına transferinin səbəbini açıqlayıb.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, futbolçu bu qərara Kriştiano Ronaldonun “Əl-Nəsr”ə keçməsindən sonra verdiyini deyib.
“Bütün bunları Kristiano Ronaldo başlatdı, baxmayaraq ki, onu bu qərarına görə dəli adlandırırdılar. Bu gün Səudiyyə Ərəbistanı çempionatının getdikcə necə böyüdüyünü görürsünüz. Xüsusilə yay transfer pəncərəsindəki bütün transferlərdən sonra liqa çox rəqabətli olacaq. Rəqabət mənim üçün çox önəmlidir, ona görə də bura gəldim. Başqa komandaların yüksək keyfiyyətli oyunçuları ilə tanış olmaq imkanı məni həyəcanlandırır və daha da yaxşı oynamağa vadar edir və təbii ki, Ronaldo, Benzema və Firminoya qarşı matçlar daha həyəcanlıdır”, - braziliyalı futbolçu bildirib.
Neymarın "Əl-Hilal"ın futbolçusu kimi təqdimatı avqustun 19-da baş tutacaq.
Nuranə Abbasova