“Neftçi” bu gün növbəti avrokubok matçına çıxacaq.
"Unikal" xəbər verir ki, Bakı klubu Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşünü keçirəcək.
Adrian Mutunun yetirmələri Türkiyədə “Beşiktaş”la üz-üzə gələcək. Bakıda 1:3 hesabı ilə uduzan “Neftçi” səfərdə revanş almağa çalışacaq. Avrokuboklarla vidalaşmamaq üçün bakılılar çətin vəzifənin öhdəsindən gəlməlidir.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
17 avqust
21:00. "Beşiktaş" (Türkiyə) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Yulian Veinberger (Avstriya)
İstanbul. “Beşiktaş Park”
İlk oyun – 3:1
Həmçinin "Sabah" klubu da turnir çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Komanda Serbiya "Partizan"ı ilə səfər matçına 2:0 üstünlüklə yollanıb.
Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
17 avqust
23:00. Partizan (Serbiya) - "Sabah" (Azərbaycan)
Baş hakim: Bartoş Frankovski (Polşa)
Belqrad. "Partizan".
İlk oyun - 2:0